AYI BALASI TEDDİ

Amerikanın ən parlaq və görkəmli prezidentlərindən biri Teodor Ruzvelt idi. O, gənc yaşlarından özünü tamamilə siyasətə həsr edərək əvvəlcə Nyu-Yorkda polis komissarı olmuş, sonra İspaniyaya qarşı müharibə elan olunmasını tələb edərək 1898-ci ildə Kubada süvari alayına şəxsən başçılıq etmişdi.

1899-cu ildə, müharibədən sonra T.Ruzvelt Nyu-York ştatının qubernatoru seçilərək bütün qüvvəsini islahatların həyata keçirilməsinə sərf etməyə başlayır. Bundan çox da razı qalmayan siyasətçilər ondan canlarını qurtarmaq üçün namizədliyini o qədər də əhəmiyyətli olmayan vitse-prezident vəzifəsinə irəli sürürlər. O bu vəzifəyə seçildikdən az sonra isə prezident Makkinli öldürülür və Teodor Ruzvelt ölkə prezidenti olur. O, 1906-cı ilədək bu vəzifədə qalır.

1908-ci il seçkilərində namizədliyini irəli sürməkdən imtina edən T.Ruzvelt Şərqi Afrikaya, safariyə yola düşür. Amerikalılar onun ov zamanı əldə etdiyi uğurlar haqda xəbərləri həvəs və bir qədər də istehza ilə izləyirdilər. Uşaqların çox sevdiyi yekəqarın oyuncaq ayı balası T.Ruzveltin şərəfinə Teddi adlandırılır (ola bilsin, bununla Ruzveltin ovda ayı öldürdüyünə eyham vurulurdu) və indiyədək bu adı daşıyır. (Ayzek Azimov. Sözlərin tarixi)

AYI
AYIB
OBASTAN VİKİ
Teddi Riner
Teddi Pyer-Mari Riner (fr. Teddy Pierre-Marie Riner; 7 aprel 1989[…]) — 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən fransalı cüdoçu. Üçqat olimpiya, onikiqat dünya, beşqat Avropa və dəfələrlə Fransa çempionu. Cüdo üzrə dünya çempionatları tarixində ən titullu idmançı. O, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransa bayrağını daşıyıb. "Pari Sen-Jermen" idman klubunun üzvüdür. Riner cüdo aləmi üçün unikal sayıla biləcək nəticəyə malikdir. Belə ki, o, 2008-ci ildən bu günədək peşəkar səviyyədə yalnız üç dəfə — 15 avqust 2008-ci ildə Pekin Olimpiadasının yarımfinalında Özbəkistanlı Abdulla Tanqriyevə, 13 sentyabr 2010-cu ildə Tokio mundialının finalında yerli Dayki Kamikavaya və 30 iyul 2021-ci Tokio Olimpiadasının dörddəbir finalında Tamerlan Başayevə məğlub olub. Riner Fransa dövləti tərəfindən 2008-ci ildə "Xidmətlərə görə" ordeni ilə, 2013-cü ildə isə “Fəxri legion” ordeni ilə təltif olunub. 2012-ci ildə Fransada ilin idmançısı seçilib.
Teddi Sirs
Eduard M. "Teddi" Sirs (ing. Edward M. Sears) — Amerikalı aktyordur. TNT-nin Barın Yüksəlişi dramında Riçard Patrik Ulsli rolunu, FX-in Amerikan Qorxu Hekayəsi antologiyanın birinci mövsümündə Patrik rolunu eləcədə Showtime-ın period dramı olan Seksin Ustaları serialında Austin Lanqman və The CW-nun super qəhrəman serialı olan Fləş-də Ovçu Zuum rolları ilə tanınır. Teddi Vaşinqton şəhərində doğulub və Çevi Çeysdə böyüyüb. O orta təhsilini Batesdə Landon Məktəbində aldı. Teddi ailəsindəki atletika ilə məşğul olan insanlardan ilhamlanaraq təhsil aldığı Meriland Universiteti üçün futbol oynayıb. Teddinin babası 1912-ci ilin olimpiya oyunlarında tapança atışı üzrə yarışda iştirak etmiş və qızıl medal qazanmışdır. Xalası isə 1956-cı ilin oyunlarında iştirak etmişdir. Daha sonra o Virciniya Universitetinə transfer olaraq 1999-cu ildə burada biznesin idarə edilməsi dərəcəsi ilə məzun oldu. Teddinin biznes karyerası universitetdən məzun olduqdan sonra Nyu Yorka gedəndə başladı.
Teddi Afro
Tevodros Kassahun Germamo (Amhar: ቴዎድሮስ ካሳሁን ገርማሞ) "Teddy Afro" səhnə adı ilə tanınan Efiopiyalı müğənni-bəstəkardır. İnqilabi mahnıları və siyasi müxalif əhval-ruhiyyəsi ilə tanınan Teddi bütün zamanların ən əhəmiyyətli Efiopiya sənətçilərindən biri hesab olunur. Teddy Efiopiya musiqi sənayesinə böyük mədəni təsir göstərmiş və bir çox gənc sənətçiyə böyük təsir göstərmişdir. == Erkən həyatı == Teddi Afro 1976-cı ildə Efiopiyanın Əddis-Əbəbə şəhərində anadan olub. O, paytaxtda musiqi və incəsənətlə məşğul olan valideynlərinin yanında böyüyüb. Onun atası Kassahun Girmom tanınmış jurnalist və şair idi. Teddi çox erkən yaşlarından incəsənətə və musiqiyə dərin sevgi və həvəs göstərirdi. Uşaq ikən bir incəsənət klubuna qoşuldu və zərb alətləri kimi musiqi alətlərində ifa etməyə başladı. O, həmçinin klubda teatr səhnələrində aktyorluq da sınamışdı. Lakin hələ yeniyetməlik dövründə Teddi özünün musiqiyə, oxumağa və mahnı yazmağa marağının olduğunu anladı.
Ayı
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Canavar balası
Canavar balası — 1997-ci il Azərbaycan istehsalı dram, triller, müharibə janrında film. == Məzmun == Tanrı hər kəsə bir ömür verir. Elə bir ömür ki, həyatının kandarından tutmuş sonuna doğru uzanır. Filmin adı rəmzi xarakter daşıyır. Azərbaycanlı ailəsində böyüyüb boya-başa çatan erməni əsilli Nofəl (İftixar Piriyev) hərbi xidməti zamanı vətənə xəyanət edir, hərb planlarını pul xatirinə ermənilərə satır. Nofəlin erməni olduğunu onu övladlığa götürən ata-anası Nofəlin məhkəməsinə qədər gizli saxlayır. Məhkəmə prosesi zamanı Nofəlin dövlətə, vətənə xəyənət etməsi ortaya çıxanda Nofəlin atalığı Yusif kişi (Həsən Məmmədov) onun erməni olduğunu və uşaq ikən onu meşədən tapıb böyütdüyünü açıqlayır… "Doğru deyiblər ayını, pələngi, meymunu əhilləşdirib tərbiyə etmək olur, ancaq canavarı yox." Bunları Yusif kişi məhkəmədəki son nitqində deyir. == Film haqqında == Filmin çəkilişlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyi hüquq məsləhətində köməklik göstərmişdir.
Ayı (dəqiqləşdirmə)
Ayı — ayıkimilər fəsiləsinə aid heyvan cinsi.
Ayı Ana
Ayı Ata
Ayı fındığı
Ayı soğanı
Ayı soğanı, xalyar (lat. Allium ursinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU A2c + 3c). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı uzunsov, ensiz, 1 sm enində, gövdə üçtilli və ya dairəvi, 15–20 sm hündürlükdə, əsası adətən 2 kökyanı yarpaqlıdır, qına bərkidilmişdir. Yarpaq səthi uzunsov və ya ellipsivari-neştərşəkilli, iti 2(3)-4(6) sm enindədir. Çətir çox və ya azçiçəkli, hamardır. Çiçəkyanlığı 8–10 mm uzunluğunda, ulduzşəkilli, təmiz ağdır. Erkəkcik sapı uzun, bütöv, bizvaridir.
Ağ ayı
Ağ ayı (lat. Ursus maritimus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Rəngi sarımtıl-ağdır. Bədəninin uzunluğu 2-2.5 m. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir.
Ağdöş ayı
Ağdöş ayı, Himalay ayısı - ayılar fəsiləsindən yırtıcı məməli heyvan. Uzunluğu 1,7 metr, çəkisi 150 kiloqramadək olur. Cənub-Şərqi Asiyada, Hindiquş və Himalay dağlarında, Tibetin cənub hissəsində, Şərqi Asiyanın cənubunda, Uzaq Şərqin cənubundakı meşələrdə yaşayır. Ağaclara yaxşı dırmaşır. Yaşadığı arealın şimalında ağac koğuclarında qışlayır. Nəsli kəsilmək təhlükəsi var. Azərbaycan ərazisində Alt, Orta və Üst Pleystosen çöküntülərində Ağdöş ayının elmə məlum olmayan növünün ((Selenoarctos Karabach) qalıqları tapılmışdır.
Bal ayı
Bal ayı — evliliyin ilk ayı ki gəzməkdə keçirilir, evliliklərini səmimiyyət və inzivada qeyd etmək üçün yeni evlilər tərəfindən keçirilən ənənəvi tətil.
Boz ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. == Ümumi məlumat == Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Eynəkli ayı
Eynəkli ayı (lat. Tremarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Cinsə iki növ daxildir. Bu cinsə daxil olan bir növ Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə aid yaşayan yenganə ayı növdür.
Kisəli ayı
Kiçik Ayı
Kiçik Ayı (lat. Ursa Minor) — göyün Şimal yarımkürəsində qütbətrafı bürc. Ən parlaq ulduzu Qütb ulduzudur. Dünyanın şimal qütbü Kiçik Ayıdadır. 18−25 dekabrında meteor yağışının zirvəsinə çatır. Qütb ulduzu Dabi ulduzu ilə kəsişir.
Knut (ayı)
Knut (Almanca tələffüz: [ˈknuːt] ( dinlə)) (5 dekabr 2006–19 mart 2011) — Berlin zooparkında doğulmuş məşhur ağ ayı. Doğulduğunda anası tərəfindən rədd edilməsi nəticəsində zoopark işçiləri tərəfindən tərbiyə edilmişdir. 30 ildir Berlin zooparkında körpəlik mərhələsini keçərək ən çox yaşaya bilən ilk ağ ayı balası idi. Knut beynəlxalq müzakirə mövzusuna çevrildikdən sonra, zoopark turistik və kommersiya uğurlarına imza atdı. Almaniyanın Bild qəzeti heyvan hüquqları fəalının zooparkda bu heyvanın böyüdülməsini pisləyən bir məqalə yayımlandığı zaman, dünyadakı pərəstişkarları onun tərbiyəsini insanlar tərəfindən dəstəkləmək üçün hərəkətə keçdilər. Uşaqlar zooparkdan kənarda etiraz etdilər və dünyanın hər yerindən rəğbət ifadə edən e-poçtlar göndərildi. Məşhur Knut ayısı, oyuncaqlarda, müxtəlif KİV-lərdə, DVD-lərdə, kitablarda və "Knutmania" adlı bir media fenomeninin mərkəzində olmağı bacardı. Bütün bunların nəticəsi olaraq, 2007-ci ildə Berlin zooparkında ayının gəlirində təxminən 5 milyon avro artım oldu. Zooparkın illik ziyarətçi sayı təxminən 30% artdı, beləliklə 2007-ci il, 163 illik tarixinin ən gəlirli ili olaraq seçildi. Knut ayısı 19 mart 2011-ci ildə, günorta saatlarında, dörd yaşında ikən vəfat etdi.
Qonur ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Ramazan ayı
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29–30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Tənbəl ayı
Tənbəl ayı (Melursus ursinus) — Ayıkimilər fəsiləsinə daxil olan məməıi növü. Bu növ öz cinsinin yeganə nümayəndəsidir. Bu növün özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını almışdır. Tənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılrdan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur. Bu canlıların ölçüləri elədə iri olmur. Tənbəl ayıların uzunluğu 180 sm, quyruqları 10-12 sm, dik durduqda 60—90 sm; çəkiləri isə 54—140 kq (adətən 90—115 kq) təşkil edir. Erkəklər diçilərdən 30—40 % iri olurlar. Ümümi görünüş ayıları xartırladır. Ayaq üstə bədəni əzələlidir.
Qısasifət ayı
Qısasifət ayı (lat. Arctodus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Cinsə iki növ daxildir. Bu canlılar 1.8 milyon ildən 11 min öncəyə qədər yaşamışlar.
Qurban ayı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimində Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Qurbanlıq ayı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimində Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
On zənci balası
On zənci balası — ingilis yazıçısı Aqata Kristi tərəfindən yazılmış sirli romandır və onun yazdığı kitablar arasında ən çətini kimi təsvir edilmişdir. O, ilk dəfə Böyük Britaniyada Collins Crime Club tərəfindən 6 noyabr 1939-cu ildə On Balaca Zenci adı ilə əsas süjet elementi kimi xidmətedən uşaqların sayma qafiyəsindən və ozan mahnısından sonra nəşr edilmişdir. Səkkiz nəfər Devon sahilindəki kiçik, təcrid olunmuş adaya gəlir , hər biri gözlənilməz şəxsi dəvət alır. Onları eşikağası və aşpaz, Tomas və Ethel Rocers qarşılayır və izah edir ki, ev sahibləri Ulik Norman Ouen və Una Nensi Ouen təlimatları tərk etsələr də, hələ gəlməyiblər. Köhnə qafiyənin çərçivəli surəti hər qonaq otağında asılıb, yeməkxananın stolunda isə on heykəlcik var. Şam yeməyindən sonra fonoqraf çalınır; səsyazma hər bir ziyarətçini və cənab və xanım Rocersi qətl törətməkdə günahlandırır, sonra "bardakı məhbuslardan" hər hansı birinin müdafiə təklif etmək istəyib-istəmədiyini soruşur. Qonaqlar aşkar edirlər ki, onlardan heç biri Ouenləri tanımır və cənab Ədliyyə Uorqreyv deyir ki, "UN Owen" adı "Naməlum" əsərinin pyesidir. Marston içkisini bitirir və sianid zəhərlənməsindən dərhal ölür. Doktor Armstronq digər içkilərdə sianid olmadığını təsdiqləyir və Marstonun özünü dozajlamış olduğunu ehtimal edir. Ertəsi gün səhər xanım Rocers yatağında ölü tapıldı və nahar vaxtı General MacArthur da başına aldığı ağır zərbədən öldü.